Ukraynalılar Donbasda vuruşmaq istəyirlər - SORĞU

11 Yanvar 2015 01:33 (UTC+04:00)

Ukraynalıların əksəriyyəti Donbas bölgəsində separatçılara qarşı vuruşmağa hazırdır. Hər iki ukraynalıdan biri isə burada hərbi əməliyyatların özünün bilavasitə iştirakı ilə davam etdirilməsinin zəruriliyinə əmindir.

Dnepropetrovskda bununla bağlı rəylər daha yüksək - 67,1% olub. Donetsk ərazisində isə bu göstərici 3 dəfədən çox azalaraq 20,7%-ə enib.

Teleqraf.com-un məlumatına görə, 62,8% ukraynalı əmindir ki, Donbas üçün vuruşmağın mənası var.

Bu faktları ZN.UA-nın sifarişi üzrə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilmiş sorğunun nəticələri aşkara çıxarıb.

Nail Cəlil