Obama Hitlerlə müqayisə olundu

13 Yanvar 2015 15:45 (UTC+04:00)

Respublikaçılar Partiyasından olan konqresmen Rendi Veber Prezident Barak Obamanı tənqid edərək onu Adolf Hitlerlə müqayisə edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb B.Obamanın Parisdə terrorçuluğa qarşı keçirilmiş yürüşə qatılmaması olub.

Onun sözlərinə görə, hətta B.Obama ilə müqayisədə A.Hitler üçün Parisə yetişmək daha vacib olardı.