AXCP seçim qarşısında qalıb

15 May 2014 13:53 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt mayın 18-dən 24-dək Azərbaycanda səfərə olacaqlar. Səfərin məqsədi Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini öyrənməkdir.

Həmməruzəçilərin səfər çərçivəsində müxalifətçilərlə görüşəcəyi də gözlənilir.

Dəvətlilər sırasında artıq Müsavat Partiyası görüşdən imtina edib. Partiya yaydığı bəyanatda qeyd edib ki, həmməruzəçilər hökumətlə eyni mövqe sərgilədiyinə görə Müsavat Cozef Debono Qrex və Pedro Aqramuntla görüşü məqsədəuyğun hesab etmir.

Müsavat qəti surətdə görüşdən imtina etsə də, AXCP hələ seçim qarşısındadır.

AXCP funksioneri Gözəl Bayramlı paytaxtdan kənarda olduğu üçün görüş barədə məlumatsız olduğunu dedi. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı görüşə gedib-getməyəcəkləri barədə dəqiq qərar verilmədiyini söylədi.

Kəmalə