İtaliyalı ulduz Bakıya gəlir

15 May 2014 14:34 (UTC+04:00)

Mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqlarından biri məlum olub.

Teleqraf.com xəbər verir ki, "Yuventus", "Milan", “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Avropa çempionatında gümüş, 2006-cı ildə isə dünya çempionatının qızıl medalını qazanmış futbolçu Canluka Zambrotta mərasimə forumun səfiri kimi iştirak edəcək.

Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdi. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.