Əli Məsimli Tallində nəqliyyatdan danışacaq

15 May 2014 17:12 (UTC+04:00)

Sabah Tallində Baltik Assambleyasının təşkil etdiyi “Nəqliyyatın və infrastrukturun inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Əli Məsimli iştirak edəcək.

Konfransda Baltik dəmiryolunun inkişaf dəhlizi, Regional yol infrastrukturu: mövcud, həmçinin gələcək şəbəkələr və nəqliyyat dəhlizləri, Baltik dövlətləri arasında elektron imzaların sərhədlərdən kənar istifadəsi və digər mövzularda müzakirələr aparılacaq.

Nemət