Rusiyaya yeni xəbərdarlıq

16 May 2014 11:34 (UTC+04:00)

ABŞ və Böyük Britaniya Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərini pozmağa cəhd etdiyi təqdirdə daha geniş iqtisadi sanksiyalarla üzləşəcəyi barədə Rusiyaya xəbərdarlıq edib.

Teleqraf.com-un xəbərinə görə, jurnalistlərlə görüşü zamanı Britaniyanın xarici işlər naziri Vilyam Heyq bildirib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi bu ölkənin Ukraynadakı prezident seçkiləri ilə bağlı davranışından asılı olacaq.

Londonda Britaniya Xarici İşlər naziri ilə birgə mətbuat konfransında danışan ABŞ Dövlət katibi Con Kerri, Rusiyanın Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dialoqa cəlb edəcəyinə
ümid bəsləyir. Con Kerri bununla çərşənbə axşamı Kiyevdə separatçıların iştirakı olmadan keçirilən milli birliyə dair danışıqlara işarə edib.

Ülviyyə