Bakıda daha bir qətl

16 May 2014 14:42 (UTC+04:00)

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Valeh Xalıqov münaqişə zəminində həmyerlisi Arif Heydərovu bıçaqlayaraq öldürüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xalıqov tutulub.

Hacı Zeynalov