Nəsrin Cavadzadə səhnəyə oyuncağı ilə çıxdı - FOTOLAR

3 Mart 2015 11:30 (UTC+04:00)

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Belqradda keçirilən 43-cü Beynəlxalq film festivalına qatılıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, aktrisanın baş rolda oynadığı “Quzu” filminin rejissor Kutluğ Atamandır. O, əlində quzu oyuncağı tutaraq qırmızı xalı üzərində poza verib.

Aktrisa təqdimata Melih Yazganın hazırladığı libasla çıxıb.

Qeyd edək ki, "Quzu" filmi aprel ayında nümayiş olunacaq.

Rüstəm