Saxta diplomla bağlı daha bir fakt

4 Mart 2015 13:07 (UTC+04:00)

Mingəçevir şəhər sakinindən saxtalaşdırılmış diplom götürülüb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Əli Babakişiyevdən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi barədə saxtalaşdırılmış diplomu aşkarlanıb.

Hacı Zeynalov