Ucarda traktorun altında qalan kişi öldü

5 Mart 2015 14:10 (UTC+04:00)

Ucar rayonunun Bərgüşad kəndində bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kənd sakini Şaiq Orucov idarə etdiyi "T-82" markalı qoşqusu olan traktoru arxaya verərkən həmkəndlisi Eyvaz Həmidov qoşqunun altında qalıb. Xəstəxanaya yerləşdirilmiş E.Həmidov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov