Misirdə avtobus qatarla toqquşdu: ölənlər var

6 Mart 2015 22:40 (UTC+04:00)

Misirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Qahirə yaxınlığında məktəb avtobusunun qatarla toqquşması nəticəsində 7 nəfər ölüb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.