Bakıda mənzildə meyit tapıldı

7 Mart 2015 20:42 (UTC+04:00)

Bakının Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Əliyev Tofiq Məmməd oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Teleqraf.com FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Əliyevin vəfat etdiyi müəyyən olunub.