Qəbələdə qadın yanaraq öldü

17 May 2014 12:40 (UTC+04:00)

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qəbələ rayon sakini Aybəniz Fətullayeva evində qaz sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş Aybəniz Fətullayeva orada ölüb.

Hacı Zeynalov