78 yaşlı qadının son istəyi hamını təəccübləndirdi - FOTO

12 Mart 2015 13:30 (UTC+04:00)

Hollandiyada yaşayan 78 yaşlı ALS xəstəsinin son istəyi hamını təəccübləndirib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, xəstə son olaraq Amsterdam muzeyində olan Rembrantın rəsm əsərlərinə baxmaq istəyib.

Xeyriyyə vəqfinin köməyi ilə xərəkdə muzeyə gətirilən qadın uzun müddət rəsm əsərinə baxıb.

Vəqfin rəhbəri 8 ildə 6 mindən çox insanın "son istəyini" həyata keçirdiklərini deyib.

Rüstəm