Dani Alves söz-söhbətlərə son qoydu

14 Mart 2015 12:44 (UTC+04:00)

“Barselona”nın müdafiəçisi Dani Alvesin “PSJ” ilə 3 illik müqavilə imzaladığı və illik 9 milyon avro qazanacağı barədə xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb. Braziliyalı futbolçu isə bütün bu söz-söhbətlərə son qoyub:

"Siz həqiqətən də bunlara inanırsınız? Mən artıq cəfəngiyyatlardan yorulmuşam. "Barselona"nı sevirəm və burada oynamağa davam edəcəyəm.

Getmək zamanı gələndə bu barədə mən özüm məlumat verəcəyəm".

Rüstəm