Novruz bayramı UNESCO-da qeyd olunacaq

15 Mart 2015 18:57 (UTC+04:00)

Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.

Teleqraf.com-un "Azərtac”a istinadın verdiyi məlumata görə, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli xalqlarının nümayəndələrinin iştirak edəcəyi bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq.

Tədbirdə Azərbaycanı estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək.


TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq.