İki nəfər dərmandan zəhərləndi

17 Mart 2015 13:34 (UTC+04:00)

Abşeron rayonunda bir nəfər dərmandan zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Mehdiabad qəsəbəsində yaşayan Aqşin Həziquliyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Oxşar hadisə Gəncə şəhərində də qeydə alınıb. Qəmər Mancarova dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilib.

Hacı Zeynalov