Sudanın xarici işlər naziri Bakıya gəlir

17 Mart 2015 16:09 (UTC+04:00)

Sudan Respublikasının xarici işlər naziri Ali Ahmed Karti martın 17-19-da Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Ali Ahmed Kartinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra nazirlər tərəfindən birgə mətbuat konfransı keçiriləcək.

Səxavət