Məmmədyarov Banqladeşin səfiri ilə vidalaşdı

19 Mart 2015 22:37 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Banqladeş Xalq Respublikasının səfiri Zulfiqur Rəhmanı Azərbaycan Respublikasında diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Banqladeş arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.