ÇL-in qrupuna vəsiqə qazanan komandalar bəllidir

19 May 2014 11:27 (UTC+04:00)

2014/2015 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak etmək hüququ qazanan bütün 22 komanda məlum olub.

Teleqraf.com xəbər verir ki, bunlardan 12-si öz ölkələrində çempion olan komandalardır.

“Atletiko” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), “Şaxtyor” (Ukrayna) CSKA Moskva (Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Olimpiakos” (Yunanıstan), “Bazel”di (İsveçrə).

Çempionlardan əlavə “Barselona”, “Real" (hər ikisi - İspaniya), "Liverpul", "Çelsi" (hər ikisi - İngiltərə), "Borussiya" (Dortmund), "Şalke 04" (hər ikisi - Almaniya ), "Roma" (İtaliya), "Sportinq" (Portuqaliya), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə) da birbaşa qrup mərhələsinə vəsiqə əldə ediblər.

Daha 10 komanda təsnifat oyunlarından sonra - avqustda bəlli olacaq.

Aygün İlqarqızı