Hafiz Hacıyevin partiyasına daha bir professor üzv oldu

19 May 2014 11:35 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Fizika kafedrasının professor Mahirə Xasay qızı Əliyeva ərizə verərək Müasir Müsavat Partiyasının (MMP) sıralarına üzv olub.

Bu barədə MMP sədri Hafiz Hacıyev məlumat verib.

Mahirə Əliyeva ADU-nun fizika fakültəsini bitirib. Daha sonar dissertasiya işi müdafiə edərək, fizika –riyaziyat elmləri namizədi alimlik dərəcəsi alıb. M.Əliyeva bundan sonra AMEA-nın Fizika İnsititunun baş elmi işçisi vəzifəsində çalışıb. Sonra fəaliyyətini Azərbaycan Neft və Kimya insititunda davam etdirib.

1991-ci ildə fizika–riyaziyat elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. Elə həmin ildən mərhum prezident H.Əliyevin göstərişi ilə AMEA-da fizika kafedrasının professoru vəzifəsində çalışıb.2011-ci ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Mahirə Əliyevaya professor elmi adı verilib. Ailəlidir üç övladı var. /modern.az/