Bakıda yaşlı kişi su quyusunda boğuldu

27 Mart 2015 14:05 (UTC+04:00)

Bakının Xəzər rayonunda faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Zirə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 70 yaşlı Fərman Bayramov ehtiyatsızlıqdan su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov