Bakıda geyim və kompüter mağazaları yanıb

28 Mart 2015 21:15 (UTC+04:00)

Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli binanın altında yerləşən geyim və kompüter mağazaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub.

Yanğının hansı səbəblərdən baş verdiyi, hələ ki, məlum deyil.