Azərbaycan çempionu Avropadan getdi

28 Mart 2015 23:47 (UTC+04:00)

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab matçı keçirilib.

Azərbaycan çempionu “Rabitə” Bakıda Krasnodar “Dinamo”sunu qəbul edib.

Avrokubokdakı yeganə təmsilçimiz 0:3 hesabı ilə yenilib. İlk oyunda da 1:3 hesabı ilə uduzan "Rabitə" avrokuboklarsa mübarizəni dayandırıb.

Bununla da klublarımız üçün avrokubokun 2014/2015 mövsümü başa çatıb. “Azərreyl”, “Lokomotiv” və “Azəryol”un ardınca “Rabitə” də qitəmiqyaslı oyunlara vida edib.

CEV kuboku
Yarımfinal
Cavab oyunu

28 mart
Rabitə (Azərbaycan) - Dinamo (Rusiya) 0:3 (23:25, 19:25, 20:25)
Hakimlər: Çavdar Maryev (Belarus), Qyula Tillmann (Macarıstan).
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi.

anspress