Telefon mağazasından oğurluq edildi

30 Mart 2015 14:47 (UTC+04:00)

Bakının Səbail rayonunda telefon mağazasından oğurluq edilib.

Səbail Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini Ruslan Hacıyev 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.

39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Elçin Cəlilov saxlanılıb.

Hacı Zeynalov