Merkeldən Ermənistana rədd CAVABI

31 Mart 2015 15:07 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel “erməni soyqrımı”nın 100 illiyi ilə əlaqədar Ermənistanın paytaxtı İrəvanda keçiriləcək tədbirlərə qatılmaqdan imtina edib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin almaniyalı naziri Mixail Ros məlumat verib. O bildirib ki, bu tədbirdə Almaniyanı özü təmsil edəcək.

Daha bir diqqətçəkən məqam avropalı nazirin verdiyi açıqlamada “soyqrımı” sözünü işlətməməsi olub.

Samir