İranlı nazirdən nüvə danışıqları ilə bağlı AÇIQLAMA

3 Aprel 2015 00:17 (UTC+04:00)

İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə razılıq əldə edilib.


APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” səhifəsində yazıb.


“Razılıq əldə olunub. Biz dərhal sənədin layihəsi üzərində işə başlayırıq”, Zərif qeyd edib.


Bundan əvvəl, razılıq əldə olunacağı halda İranın neft və bank sektoruna qarşı sanksiyaların aradan qaldırılması barədə məlumat yayılmışdı.