Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın - FOTO/VIDEO

4 Aprel 2015 16:34 (UTC+04:00)

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, yanğın Bəsti Bağırov küşəsi, 22 ünvanında meydana gəlib. Belə ki, 10 mərtəbəli binanın damı yanıb. Hadisənin səbəbləri məlum deyil.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısı alınıb.

Teleqraf.com hadisə yerindən video və fotoları təqdim edir.

Dəniz Əliyeva