Banklara manatla kreditlərin verilməsi qadağan olunmayıb

10 Aprel 2015 14:07 (UTC+04:00)

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.

AMB-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər. Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.

Naibə QURBANOVA