“Samsunq”dan iki yeni model - FOTO

10 Aprel 2015 21:51 (UTC+04:00)

“Samsunq”un yeni modelləri “Galaxy S6” və “S6 Edge” bu gün dünyanın 20 ölkəsində satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, texniki xüsusiyyətlərinə görə bir-birinə olduqca bənzədiyi qeyd edilən "Galaxy S6" və "S6 Edge" modelləri görünüş baxımından fərqlənir. "S6 Edge" modeli qövslü bir kənara sahibdir. "Galaxy S6"nın görünüşü isə "Samsung"un daha əvvəl istifadəyə təqdim etdiyi "S4" və "Note 3" modellərinə bənzəyir.

Hər iki telefonun 5 meqapiksel və 1080p video çəkə bilən ön kamerası və 16 meqapiksellik arxa kamerası var. İstehlakçıların böyük maraqla gözlədiyi telefonlar istifadəçilərə kabelsiz enerjiyığma rahatlığını da təmin edəcək.

Rüstəm