Türkiyədə ailə dramı: bir ailədən 8 nəfər öldü - VİDEO

13 Aprel 2015 11:14 (UTC+04:00)

Türkiyədə bir ailənin 8 üzvü evdə ölü tapılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlərində ölü tapılan Zeyat ailəsinin 8 üzvü dəfn edilib. Ailənin İstanbulda işləyən böyük oğlu 19 yaşlı Kamal Zeyat tabutları görəndə şok keçirib.

Polisin apardığı araşdırmanın ilkin nəticəsinə əsasən, ailənin qida və ya qaz zəhərlənməsindən öldüyü bildirilib.


Hadisə nəticəsində 45 yaşlı Əbdülqadir Zeyat, həyat yoldaşı 43 yaşlı Əntiqə Zeyat ilə uşaqları 17 yaşlı Semra, əqli cəhətdən əlil 15 yaşlı Kənan, 12 yaşlı Həsrət, 10 yaşlı Adəm, 8 yaşlı Fəzilət və 2 yaşlı Mirac zəhərlənərək ölüb.

Rüstəm