Qardaşı kamikadzeni polisə təslim etdi

14 Aprel 2015 22:54 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində iki Dağıstan əsilli Rusiya vətəndaşını saxlanılıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunlar Patimat Abdulqamidova və Diana Ramazovadır. Axtarışlar zamanı onların üzərindən parlatıcı qurğu aşkar edilib. Qızların Patimatın qardaşı Qacımurad Qacıyev tərəfindən polisə təslim edildiyi bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Samir