Polisdən dəhşətli hərəkət – VİDEO/18+

15 Aprel 2015 09:41 (UTC+04:00)

ABŞ-da daha bir polis vəhşiliyinin görüntüləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Arizona ştatında izlədikləri cinayətkarı tutmaq üçün polis qeyri-adi üsula əl atıb.
Polis idarə etdiyi maşını şübhəlinin üzərinə sürüb. Hadisə nəticəsində cinayətkar ciddi xəsarətlə xəstəxanaya çatdırılıb.

Baş verənlər digər polis maşınında yerləşdirilən təhlükəsizlik kamerasında əks olunub.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir