Cəlilabadda saxta attestat hazırlayan həbs edildi

15 Aprel 2015 15:34 (UTC+04:00)

Cəlilabad rayonunda saxta attestat hazırlayaraq satan şəxsin tutulması üçün əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına Cəlilabad rayonu Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.

Hacı Zeynalov