Gizirimiz şəhid olub

16 Aprel 2015 10:12 (UTC+04:00)

Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.

Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

BƏXTİYAR