“Papanı tanımırıq deməklə iş bitmir” – Demirtaş

16 Aprel 2015 22:55 (UTC+04:00)

“Hökumət keçmişdə baş verən hadisələrlə bağlı həqiqətləri araşdırmalıdır”.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Xalqların Demokratik Partiyasının lideri Selahattin Demirtaş Roma Papası I Fransiskin “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı faktları təqdim etmək lazımdır: “Papanın dediyinə uşaq kimi yanaşmaq lazım deyil. Ermənilərin bu iddiasını faktlarla izah etməliyik. Papanı tanımırıq deməklə bu problem həll edilməyəcək”.

Samir