Quldurluq edən gənclər həbs edildi

20 Aprel 2015 12:22 (UTC+04:00)

Bakının Nərimanov rayonunda cinayət hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən Qarabağ mehmanxanasının həyətində Bakı şəhər sakini Taryel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını alaraq ona qarşı quldurluq ediblər.

Nərimanov rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurğu etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Səmədov və Yusif Əliyev tutulub.

Hacı Zeynalov