Astarada iki avtomobil toqquşdu: 1 ölü

20 Aprel 2015 13:32 (UTC+04:00)

Astara rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb. Ərçivan qəsəbə sakini Məhəbbət Şəfəqqətovun idarə etdiyi “VAZ-21074” və Lənkəran rayon sakini Ülvi Əmrovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə Ü.Əmirovun sərnişini, Salyan rayon sakini Teymur Paşayev hadisə yerində ölüb.

Hacı Zeynalov