Deputat Mixail Zabelin Yekaterinburq şəhərinə gedir

21 Aprel 2015 16:56 (UTC+04:00)

Milli Məclisin deputatı Mixail Zabelin “Böyük qələbənin 70 illiyi: tarixi təcrübə və müasir dövrün problemləri” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində səfərdə olacaq.

Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, toplantıda II Dünya müharibəsi barədə hərbi-tarixi biliklərin dərinləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun təkmilləşdirilməsi, dünyada hərbi qarşıdurmaların alovlanmasının qarşısının alınması məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində deputatımızın Sverdlovsk vilayətinin rəhbərləri, bu bölgədəki Azərbaycan diasporunun fəalları ilə görüşəcək.

Nemət