Zəvvarların avtobusu uçuruma yuvarlandı: 14 ölü, 25 yaralı

22 Aprel 2015 15:15 (UTC+04:00)

Hindistandan Nepala gedən və zəvvarları daşıyan avtobus uçuruma yuvarlanıb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı avtobusda olan 45 nəfərdən 14-ü ölüb, 25-i isə yaralanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Avtobusun Qucarat əyalətindən yola çıxdığı qeyd edilib.

Samir