Bərdədə baş verən qəzada 1 nəfər öldü

23 Aprel 2015 13:56 (UTC+04:00)

Bərdə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Qənimət İsmayılovun idarə etdiyi “VAZ-21074” və Abşeron rayon sakini Səyavuş Qaybalayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə Q.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Daşqın Abdullayev