"Günəşli"də yeni quyu qazılır

23 Aprel 2015 15:35 (UTC+04:00)

“Günəşli” yatağındakı 11-ci özüldən 344 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3100 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 60 ton neft hasil ediləcək.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.