"Liverpul" Hendersonla müqavilə yenilədi- FOTO

24 Aprel 2015 15:55 (UTC+04:00)

"Liverpul" yarımmüdafiəçi Cordan Hendersonla müqavilə müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, razılaşmanın detalları açıqlanmır. İngiltərə mətbuatında yazılanlara inansaq, yarımmüdafiəçinin məvacibi artırılıb.

Bununla yanaşı, Stiven Cerrardın gedişindən sonra kapitanlıq sarğısının Hendersona veriləcəyi bildirilib.

Cari mövsümdə Premyer liqada 31 matçda meydana çıxan Henderson 6 dəfə fərqlənməklə yanaşı, 9 məhsuldar ötürmə verib.

Rüstəm