Sabirabadda neft çıxdı

27 Aprel 2015 18:25 (UTC+04:00)

Sabirabad rayonunda həyətyanı sahədən neft çıxıb.

ANS PRESS-in verdiyi məlumata görə, rayonun Çığırğan kənd sakini Solmaz Zakir qızı Həşimovaya məxsus sahədə torpaq qatı bir neçə metr qazıldıqdan sonra neft çıxıb.

Neft qazılmış yerə dolması hamını təəccübləndirib. Neftlə bərabər qazın da çıxa biləcəyindən ehtiyatlanan ev sahibsi ərazidə işi dayandıraraq əlaqədar qurumlara müraciət edib.

Əraziyə yaxın vaxtlarda mütəxəsislərin baxış keçirəcəyi gözlənir.