Tərtərdə qəza törədən sürücü həbs edildi

27 Aprel 2015 18:42 (UTC+04:00)

Tərtər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də Sergey Mehdiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü, Tərtər şəhər sakini Rövşən Çərkəzov tutulub.

Hacı Zeynalov