İndoneziyada səkkiz xarici vətəndaş edam olunub

29 Aprel 2015 08:05 (UTC+04:00)

Əfv barədə çoxsaylı müraciət və xahişlərə baxmayaraq, aprelin 28-də İndoneziya hökuməti narkotik qaçaqmalçılığında ittiham olunan “bali doqquzluğu” iştirakçılarının edam cəzasını icra edib.

“Ölüm adası” kimi tanınan ciddi rejimli həbsxanada dörd nigeriyalı, iki avstraliyalı, həmçinin Braziliya, Filippin və İndoneziya vətəndaşları edam olunub.

Narkotik qaçaqmalçılığında ittiham olunan Fransa vətəndaşı Serj Atlaui də ölüm hökmünün icrasını gözləyir. Lakin hökmün icra olunması təxirə salınıb.

Bu hadisələr fonunda İndoneziya və Avstraliya arasında münasibətlər gərginləşib. Braziliya öz səfirini Cakartadan geri çağırıb, İndoneziyanın diplomatik missiyasının başçısı isə paytaxt Brazilianı tərk edib.