Çernobıl faciəsi təkrarlana bilər - VİDEO

29 Aprel 2015 11:44 (UTC+04:00)

Çernobılda baş verən yanğın artıq 400 hektar ərazini əhatə edir.

Teleqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, bununla bağlı Ukrayna daxili işlər naziri Arsen Avakov açıqlama verib.

Onun sözlərinə görə, yanğın Çernobıl Atom Elektrik Stansiyasının 20 kilometrliyinə qədər irəliləyə bilib. Yanğının qarşısını almaq üçün bölgəyə 35 yanğınsöndürən maşın cəlb edilib. Bölgədə fövqəladə vəziyyətin elan edildiyi açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın meşədə istirahət edən turistlərin ehtiyatsızlığıdan baş verib. Hazırda yanğının qarşısının alınması üçün işlər davam etdirilir.

Samir