Çernoqoriyada təhsil işçilərinin etirazı

1 May 2015 15:37 (UTC+04:00)

Çernoqoriyadakı orta məktəb və universitetlərdə çalışan 26 min müǝllim tətil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həmkarlar ittifaqı tətil qərarını Təhsil Nazirliyindǝ imzalanan müqaviləyǝ riayət edilmǝdiyi üçün aldıqlarını bildirib.

Təhsil işçilǝri maaşların artırılmasını, siyahıda adı keçəmyən müəllimlǝrin siyahıya əlavə olunmasını, iş müddətlərinin yenidən hesablanmasını tələb ediblər.

Hǝmkarlar İttifaqı tǝlǝblǝrin yerinə yetirilmədiyi təqdirdə tətilin gǝlǝn həftədə dǝ davam edəcəyini açıqlayıb.

Samir