Beyl "Real"ı tərk etmək istəmir

2 May 2015 16:14 (UTC+04:00)

Qaret Beylin adı "Çelsi" və "Mançester Yunayted"lə birgə hallanır.

Teleqraf.com xəbər verir ki,"Mançester Yunayted" uelsi futbolçuya görə hətta 137 milyon avro ödəməyə də hazırdı.

"London Evening Standard"ın xəbərinə görə, təkliflərə baxmayaraq, Beyl komandanı tərk etmək istəmir. O, 2013-cü ildə 100 milyon avro müqabilində transfer olunmuşdu.

Qeyd edək ki, 2014-15 mövsümündə 43 matçda meydana çıxan Beyl 17 dəfə fərqlənib.

Rüstəm