Yeni “Bankir adaxlı” - FOTO

22 May 2014 10:13 (UTC+04:00)

Mayın 24-də, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası keçiriləcək.


ANS PRESS-in məlumatına görə, “Bankir adaxlı” tamaşası dörd illik fasilədən sonra yenidən bərpa edilib və bu iş xalq artisti Afaq Bəşirqızına həvalə olunub. Xatırladaq ki, ilk premyera 12 may, 2000-ci il tarixində, rejissor Faiq Zöhrabovun quruluşunda olub. Tamaşanın dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Zülfiyyə Sadıxova, rejissor assistenti Elməddin Dadaşovdur.

Yeni yaradıcı tərkibdə xalq artistləri Afaq Bəşirqızı (Nisə), Fatma Mahmudova (Ahuçu Gülbikə), əməkdar artistlər Novruz Qartal (Dilənçilərin padşahı), Çingiz Əhmədov (Atakişi), aktyorlardan Gültac Əlili (Məleykə), Gülnarə Abdullayeva (Səmayə), Rəsmiyyə Nurməmmədova (Ceyran) Gülçöhrə Abdullayeva (Maral), Möylə Mirzəliyev (Zərgər), Gülcahan Salamova (Gülbikə), Hüseyn Əlili (Balakişi), Əliməmməd Novruzov (Nümayəndə), Ruslan Mürsəlov (Zaur), Türkel Şabanova (Zaurun bacısı), Məhərrəm Qurbanov (Nisənin əri), Elçin İmanov və Fərid Rzayev (Cangüdənlər) iştirak edirlər.